İranın dörd əyalətinə meşə yanğınlarını söndürmək üçün beş helikopter və bir susəpən “İl” təyyarəsi göndərilib. Bu barədə İnsanoid İRNA-ya istinadən bu gün, 13 iyun tarixində xəbər verir.
Məlumatı İran fövqəladə hallar qurumunun nümayəndəsi Hüseyn Zəfəri bildirib.
Onun sözlərinə görə, Xuzestan, İlam, Kermanşah və Lorestan əyalətlərində meşə yanğınlarının havadan və qurudan söndürülməsi üçün texnika və canlı qüvvə cəlb edilib.