İrəvanda keşiş Baqrat Qalstanyanın başçılıq etdiyi etirazçılar hələ də küçələrdədir. Bu barədə İnsanoid Ermənistan Teleqram kanallarına istinadən bu gün, 10 iyun tarixində xəbər verir.
“Vətən uğrunda Tavuş” hərəkatının iştirakçıları gecəni Baqramyan prospektində keçiriblər.
Etirazçılar meydanda çadır qurub, manqalda ocaq qalayıb, tələblərindən geri çəkilməyəcəklərini bildiriblər. Meydanda gitara ilə mahnı oxuyanlar da kameralara tuş gəliblər. Polis meydanı mühasirəyə alıb.