İrəvana aparan bütün yollarda postlar qurulub. Bu barədə İnsanoid “Sputnik-Armenia”ya istinadən bu gün, 11 iyun tarixində məlumat verir.
Bu gün səhər saatlarından polis əməkdaşları sürücülərin sənədlərini, eləcə də avtomobilin yük yerini təftiş edirlər.
Ararat və Vayots Dzor vilayətlərində də polis gücləndirilmiş iş rejiminə keçib. Bu istiqamətlərdə də paytaxta və geriyə hərəkət edən avtomobillər ciddi şəkildə yoxlanılır.