Türkiyənin İstanbul şəhərinin Avcılar rayonunda zəncirvari qəza olub. Bu barədə İnsanoid Türkiyə KİV-lərinə istinadən bu gün, 24 iyul tarixində məlumat verir.
Avcıların Esenyurt E-5 quru yolunda on avtomobil toqquşub. Məlumata görə, qəza nəticəsində çoxlu sayda insan yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.