İstanbulda zavodda güclü yanğın başlayıb. Bu barədə İnsanoid TRT Haber-ə istinadən bu gün, 18 iyun tarixində xəbər verir.
Hadisə Tuzla rayonundakı Dəri Sənaye Bölgəsində qeydə alınıb. Avtomobil ehtiyat hissələri istehsal edən zavodda naməlum səbəbdən yanğın baş verib.
Yanğın böyük ərazini əhatə etdiyindən hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb edilib.
Yanğın yerində partlayış səsləri də eşidilir. Külək nəticəsində yanğın ətrafdakı digər zavodlara və meşə ərazisinə keçib.