İŞİD terror təşkilatı Türkiyənin İstanbul şəhərində yerləşən “Santa Maria” kilsəsində baş verən silahlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə 29 yanvar tarixində İnsanoid Türkiyə KİV-yə istinadən məlumat verir.
İnsidentlə bağlı 47 nəfər saxlanılıb.
Qeyd edək ki, 28 yanvar tarixində Türkiyənin İstanbul şəhərində italyan kilsəsi “Santa Maria”ya silahlı hücum olub. Hücum zamanı maskalı iki şəxs tərəfindən açılan atəş nəticəsində kilsə işçisi olan 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı ölüb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, hər iki şəxs İŞİD üzvüdür.