Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 6 iyun tarixində xəbər verir.
Rayonun Sadatlı kəndi ərazisində istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə iki nəfər ölüb, çox sayda yaralı var.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıblar.
Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.