top
İtkin düşən Turalın anası: “Səsinə, nəfəsinə, özünə həsrət qalmışam…”
28 oktyabr 2025, 01:47
- ↺ +

İtkin düşən Turalın anası: “Səsinə, nəfəsinə, özünə həsrət qalmışam…”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəmidə həkim kimi fəaliyyət göstərən Tural Sultanov 31 gündür ki, itkin düşüb.

İnsanoid.com xəbər verir ki, 27 sentyabrdan bəri itkin düşən 33 yaşlı həkimin əmisi qızı, jurnalist Ağanisə Sultan Turalla bağlı paylaşım edib:

“Ailəmiz, Turalın atası, anası çox ağır günlər yaşayır. Çətin günlərdə yanımızda olan, kədərimizi bölüşən hər kəsə təşəkkür edirik.

Həmin gün gəmidə nə baş verib, Tural niyə dənizə düşüb? Peşəkar üzgüçü olduğu halda niyə xilas olmayıb və ya edilməyib? Hadisə baş verdiyi an kamera görüntülərində nələr yer alıb? .... Yenə qeyd edirəm, Tural dənizdə işləməyi özü seçmişdi. Həkim atasının ən böyük istəyi Turalın Almaniyada təhsilini, işini davam etdirməsi, məşhur həkim olması idi. Təbii ki, oğlunun seçiminə də hörmətlə yanaşırdı.

Dəniz Turalın ikinci evi idi, yenicə aldığı evin də məzərəsi dənizə açılırdı...

Tural hadisədən bir gün əvvəl son dəfə anası Aygün xanımla danışıb: "Balam dənizin ortasında olduğu üçün bəzən danışanda əlaqə kəsilirdi, artıq buna öyrəşmişdik. Həmişəki kimi danışdı, yaxşı olduğunu dedi. Tural dənizə gedəndə yay idi. Havalar soyuduğu üçün isti geyimlərini ayırmışdım. Fikirləşdim ki, səhər zəng edəndə balama deyim ki, orada üşüyəcəksən, gəmiyə gələn olsa, geyimlərini göndərim... 63 gün idi, əslində bir ay dənizdə, bir ay evdə olurdu. Başqa həkim yoldaşının yerinə də işə çıxmışdı. 12-15 oktyabr tarixləri arası qayıdacaqdı. Ən çox mənim bişirdiyim şorqağılını və peraşki istəyirdi. Turalım gələndə sevdiyi yeməkləri bişirib, süfrəyə düzəcəkdim.... Məni bu qədər intizarda qoymazdı balam....."

Sentyabr ayının 27-si atası işdən evə gələndə Turalın həkim kimi çalışdığı Leyla Şıxlinskaya klinikasından zəng edib, hadisənin baş verdiyini bildiriblər.

Bir neçə gün minlərlə, on minlərlə insana şəfa verən əmimə nəsə deməyə, təsəlli verməyə cürət etmədim...

Turalın işlədiyi gəmi sahilə gələndən sonra ailəyə kamera görüntüləri göstərilib: "Arxadan, çox uzaqdan görüntülər var. Biz öndən çəkilən görüntüləri istəyəndə, əllərində olan ancaq budur dedilər. Arxadan gedir, göyərtəyə çıxır, dənizə düşür, üzdüyü yer də görünür, 3 dəqiqə sonra xilasedici qayıqlar suya buraxılır.... Bizə deyirlər ki, siz oz övladınızı arxadan, geyimindən tanımırsınız?... Mənim oğlum nədən özünü dənizə atsın, səbəb nə olub? Niyə öndən, yaxından çəkilmiş kamera görüntüləri yoxdur? Balam 17 yaşından xarici ölkələrdə gecəsini gündüzünə qatıb oxuyurdu, özünü inkişaf etdirirdi, dillər öyrənirdi. Ən son 5-ci dili ispan dilini öyrənirdi. İdmanla məşğul idi, peşəkar üzgüçü idi, dalğada, ən pis hava şəraitində belə dənizdə üzməyi bacarırdı. Paraşütdən tullanırdı, evə alıb qoyduğu yeni idman alətləri olduğu kimi durur, özü gəlib açacaqdı. Evi olsa da, dəniz mənzərəli yeni ev almışdı. Mənə dedi ki, öz zövqünə görə mətbəx mebeli sifariş ver, dənizdən qayıdandan sonra birlikdə gedib, ev əşyaları seçərik.... Turalımın arzuları vardı, bizim arzumuz isə Tural idi. Mən balamın nişanını, toyuna görmək arzusunda idim, indi səsinə, nəfəsinə, özünə həsrət qalmışam. Hava soyuqdur, balam dənizdə üşüyür..."

Ailədə, əmimgildə olan məlumata görə, Tural hadisədən bir gün əvvəl işlədiyi Leyla Şıxlinskaya klinikası ilə telefonda danışıb: "Həmin gün orada nə baş verib, Tural niyə klinikaya zəng edib, nə danışıb, sonra nə olub, heç nə bilmirik. Əgər intihar etmək fikrində olubsa, (birmənalı şəkildə bunu rədd edirik) nədən dənizdə geyindiyi ayaqqabıları çıxarıb, telefonu da yanına qoyub?..."

Suallar çoxdur... Bizim Turalımız isı 31 gündür yoxdur...”.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
Bu gün, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
Bu gün, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
Bu gün, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Siyasət
Bu gün, 12:23

"Fənərbaxça"nın prezidenti qəza törətdi: Zədələnən avtomobil satışa çıxarıldı – VİDEO

Cəmiyyət
Bu gün, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
Bu gün, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
Bu gün, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
Bu gün, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Dünən, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Dünən, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Dünən, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Dünən, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Dünən, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Dünən, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Dünən, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Dünən, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Dünən, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

Oxşar xəbərlər