Jurnalist Aytən Məmmədovanın hücuma məruz qalması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə mayın 9-da Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat verib.
Media nümayəndəsi polis idarəsinə dəvət olunaraq dinlənilib. Jurnalistə qarşı hərəkətlərdə “öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə” maddəsinin tərkib əlamətləri aşkar edilib.
Hazırda araşdırma davam edir.