Kürdəmir və Xızı sakinlərindən odlu silah götürülüb. Bu haqda APA martın 31-də məlumat yayıb.
Kürdəmirin Şüşün kənd sakini E. Sadıqov saxlanılıb. Axtarış zamanı ondan marixuana aşkar edilib. Evinin həyətindən 2 ədəd çətənə kolu, evə baxış zamanı ov tüfəngi aşkar edilərək götürülüb.
Xızıda Sitalçay kənd sakini H. Heybətovdan “Kalaşnikov” markalı avtomat silahı, 2 ədəd patron darağı və 27 ədəd patron götürülüb.