Kürdəmir sakini ehtiyatsızlıqdan dayısını güllələyib. Bu haqda dekabrın 27-də DİN məlumat verib.
Hadisə dekabrın 25-də Qarasu kəndində baş verib. Beləki, kənd sakini ov tüfəngi ilə ehtiyatsız davranıb və dayısınının qol nahiyəsinə xəsarət yetirib.
Polis hadisə yerinə gəlib və müvafiq sənədləri olan “MR-43” markalı ov tüfəngini götürülüb.
Faktla bağlı araşdırma davam edir.