Cari ilin ilk 3 ayında Kürdəmirdə istixanalarda 383 ton tərəvəz istehsal edilib. Bu barədə 6 aprel tarixində Rayon Statistika İdarəsinə istinadən Azərtac məlumat verib.
Məlumata əsasən, tərəvəzlər 21,3 hektar ərazidə əkilib. Bu təsərrüfatlarda 319 ton pomidor, 64 ton xiyar yetişdirilib.
Qeyd edək ki, istixanalar, əsasən, rayonun Atakişili, Mollakənd və Muradxan kəndlərində yerləşir.