Kürdəmirdə 1986-cı il təvəllüdlü qadın qardaşı tərəfindən yaşadığı evdə qətlə yetirilib. Bu barədə Baş Prokurorluq sentyabrın 16-da məlumat verib.
Xəyal Şıxaliyev bacısıyla aralarında yaranmış mübahisə zamanı bıçaqla ona çoxsaylı xəsarətlər yetirərək öldürməkdə şübhəli bilinir.
Fakla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun hesabatına əsasən, 2021-ci ilin yanvar-iyun ayları ərzində qeydə alınmış adam öldürmə cinayətləri nəticəsində 33 qadın qətlə yetirilib. Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.