İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Kazemiro "Bavariya"nın təklifini qəbul etməyib. Bu barədə İnsanoid "Trivela"ya istinadən bu gün, 20 iyun tarixində xəbər verir.
Buna Almaniya təmsilçisinin təklifinin braziliyalı yarımmüdafiəçini qane etməməsi səbəb olub.
Münhen təmsilçisi braziliyalı futbolçuya ikinci dəfə təklif göndərib. Tərəflər arasında ilk danışıqlar 2022/2023 mövsümünün sonunda olub.
Kazemironun imtinasından sonra "Bavariya" İngiltərə təmsilçisi "Fulhem"dən Joau Palinyanı transfer siyahısına daxil edib. Bu futbolçunun qiyməti 45 milyon avrodur.
Kazemiro 2022-ci ildə İspaniyanın "Real" klubundan "Mançester Yunayted"ə transfer olunub.