Keniyalı rəssam içərisində tualet olan Tramp heykəlini yaradıb
Keniyalı yazıçı David Maillu həyətində ABŞ prezidenti Donald Trampın heykəlini hazırlayıb. Bu heykəlin içərisində tualet var.
Bu barədə İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir.
Heykəlin rəsmi açılışı yanvarın 21-də, prezidentin andiçmə mərasimi günü keçirilib. 4,5 metr hündürlüyündə olan heykəl zibil çuxurunun yaxınlığında yerləşir və Trampın afrikalılarla bağlı açıqlamalarına bir növ cavabdır.
Xatırladaq ki, 2018-ci ildə ABŞ prezidenti Ştatların Afrikadan olan insanlara ehtiyac duymadığını bəyan edərək, qitə ölkələrini “çirkli dəliklər” adlandırıb.