Keşlə dəmir yolu stansiyasında silahlı şəxs saxlanılıb. Bu barədə 19 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Salyan rayon sakini Vahid Əliyev Keşlə stansiyasının ərazisində saxlanılıb.
Onun üzərinə baxış zamanı 1 ədəd “TT” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. V.Əliyev odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.