Şəkidə obyektlər və evlərdən oğurluq edən şəxs həbs olunub. Bu haqda martın 14-də Daxili İşlər Nazirliyindən APA-ya məlumat verilib.
Belə ki, şəhərdə yerləşən “Playstation” oyun zalından 700 manat dəyərində televizor oğurlanıb. Keçirilmiş əməliyyat zamanı cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəhər sakini saxlanılıb.
Onun daha iki evdən televizor və təmir-tikinti alətləri, tanışı ilə birgə şirniyyat mağazasından pul oğurladığı da məlum olub.
Faktla bağlı cinayət işi başlanıb.