Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Cəlilabad rayonunda çiyələk istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Bu barədə 27 yanvar tarixində qurumun rəsmi səhifəsində məlumat verilib.
30-a yaxın sahibkarın iştirakı ilə keçirilən görüşdə bu sahədə fəaliyyət göstərən Almaniya və Türkiyə şirkətlərinin nümayəndəri də iştirak edib. Görüşdə xarici mütəxəssislər çiyələyin yetişdirilməsi, yığılması və satışı zamanı baş verə biləcək itkilərin qarşısının alınması üçün effektiv vasitə olan “freeze dry” texnologiyası barədə yerli sahibkarları məlumatlandırıb.
Həmçinin sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.