Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ikinci qrant müsabiqəsində qalib gələn 13 startap layihəni maliyyələşdirəcək. Bu barədə 16 mart tarixində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədova istinadən APA məlumat verib.
Məlumata əsasən, layihələrin maliyyələşdirilməsinə təqribən 248 min manat vəsaitin ayrılması nəzərdə tutulub. Həmin vəsaitlər yaxın günlərdə qaliblərin bank hesablarına köçürüləcək.
Qeyd edək ki, birinci qrant müsabiqəsində qalib gələn 15 KOB subyektinin layihəsi təqribən 280 min manat məbləğində maliyyələşdirilib.