Döyüşçü Konor Makqreqor dördüncü dəfə ata olub. O, bununla bağlı öz İnstagram səhifəsində paylaşım edib. Bu barədə 1 dekabr tarixində İnsanoid xəbər verir.
35 yaşlı irlandiyalı həyat yoldaşı və yeni doğulmuş körpəsinin fotosunu paylaşıb.
“Daha bir sağlam oğlan dünyaya gəldi. Di, sən mənim qəhrəmanımsan”, - deyə idmançı həyat yoldaşına müraciət edib.
Xatırladaq ki, Konorun həyat yoldaşı Di Devlindən üç övladı var: 6 yaşlı Konor Cek, 4 yaşlı Kroya və 2 yaşlı Rayan.
View this post on Instagram