Kür çayında suyun səviyyəsi artıb. Bu barədə mayın 9-da Report məlumat yayıb.
Çayın Salyan rayonu ərazisindən keçən hissəsində artım daha çox müşahidə olunur. Belə ki, aprelin 30-dan bu günə kimi Kürdə suyun səviyyəsi 1,5 metr qalxıb. Buna səbəb yağışlı keçən hava şəraitidir.
Su səviyyəsinin artımı Kür boyu quraşdırılmış su nasos stansiyalarının məhsuldar işləməsinə də şərait yaradıb.
Mütəxəssislərin fikrincə, bundan sonra da Kür çayında suyun artımı müşahidə olunacaq.