Kürdəmir sakini intihar edib. Bu barədə 23 iyun tarixində Report məlumat verib.
Hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü Cəfərov Famil Şakir oğlu özünü yaşadığı evdə asaraq intihar edib.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.