Kürdəmir rayonunda qrip olduğu üçün xəstəxanaya gətirilən 7 yaşlı uşaq ölüb. Bu barədə İnsanoid bu gün, 14 iyun tarixində xəbər verir.
Hadisə iyunun 14-ü saat 12:00 radələrində qeydə alınıb.
Belə ki, rayonun Cəyli kənd sakini, daun sindromlu 2017-ci il təvəllüdlü Soltanov Soltan Elman oğlu qrip olduğu üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Kürdəmir rayonu Cəyli kənd sakini, 2017-ci il təvəllüdlü oğlan iyunun 14-də 11:30 radələrində ailə üzvləri tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirilib:
"Azyaşlının həkiməqədər ölüm halı qeydə alınıb".