Laçın şəhər sakinlərinə dəstək məqsədilə yaradılacaq (qida, sənaye, yaradıcılıq, tədris, turizm, tekstil və digər xidmətlər) müəssisələrdə 1 200 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Bu barədə 15 iyun tarixində Report məlumat verib.
Hazırda 260 nəfər Laçın şəhər sakini təlimlərə cəlb olunaraq işə qəbul olunub.
Laçına köçən və işlə bağlı müraciət edən sakinlərə uyğun vakansiyalar təklif olunur və heç bir məhdudiyyət qoyulmur.
Laçın şəhərinə köçürülən sakinlərin işlə təmin olunması üçün bütün lazımi tədbirlər görülür.