Martın 15-də, İlaxır çərşənbədə 9 nəfər tonqalda yanma ilə bağlı Respublika Yanıq Mərkəzinə müraciət edib. Bu barədə Mərkəz Report-a məlumat verilib.
Yüngül xəsarət aldıqlarına görə həmin şəxslərə ilk yardım göstərilib və onlar evə buraxılıb.
Səhiyyə Nazirliyindən isə qeyd olunub ki, çərşənbə tonqalın üzərindən tullanan zaman yanıq xəsarətləri alan 3 nəfər Təcili Tibbi Yardım Stansiyasına müraciət edib. Onlar müxtəlif yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə aparılıblar.