Lerikdə qanunsuz çöldonuzu ovu ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə 8 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən növbəti tədbirlər nəticəsində rayon sakini E.Vəliyevin Günəşli kəndindəki meşəlik ərazidə axşam saatlarında qanunsuz çöldonuzu ovladığı müəyyən edilib.
Ondan 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöldonuzu aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.