Lerik rayonunda evləri yararsız vəziyyətə düşmüş vətəndaşlar üçün çadırlar qurulub. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bu gün, 27 iyun tarixində məlumat verir.
Lerik rayonunun Hamarmeşə kənd sakinləri Əhmədov Rauf Rakif oğlu və Fətullayev Orucəli Camal oğluna məxsus evlər yaşayış üçün yararsız vəziyyətə düşüb.
Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən həmin şəxslər üçün müvəqqəti yaşayış məqsədilə çadır evlər qurularaq vətəndaşlara təhvil verilib.