Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində 442 mənzilin güzəştlə satışı başa çatıb. Bu barədə agentliyin saytında 30 mart tarixində məlumat verilib.
Satışda 8 939 nəfər iştirak edib.
Mənzillərin seçimi gözləmə qaydasına uyğun olaraq 4 aprel 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 8 aprel 2022-ci il tarixi saat 11:00-dək aparılacaq.
Qaydaya əsasən, satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər.
Qeyd edək ki, sosial şəbəkələrdə mənzillərin 4-5 saniyə ərzində satılması ilə bağlı müzakirələr aparılır. İstifadəçilərin sözlərinə görə, bu iş üçün müəyyən məbləğ qarşılığında xüsusi qruplar, İT mütəxəssisləri cəlb olunurlar.