Samux rayonunda həmyerlisini söyüş üstündə bıçaqlalamaqda təqsirləndirilən şəxsə hökm oxunub. O, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə 8 yanvar tarixində Report məlumat yayıb.
İnsident 2021-ci il iyulun 27-də Hacıalılı kəndində baş verib. 1992-ci il təvəllüdlü rayon sakini şəxsi münasibətlər zəminində həmyerlisini bıçaqlayıb. Yaralı xətəxanaya çatdırılaraq xilas edilib.
Kənd sakini polis tərəfindən saxlanılıb. O, “qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə ittiham olunub.
Sözügedən şəxs məhkəmə iclasında hadisənin söyüş üstündə baş verdiyini etiraf edib.