“Azərpoçt” MMC-nin sabiq şöbə rəisi Eldar Əhmədova hökm oxunub. Bu barədə martın 17-də APA məlumat yayıb.
Məhkəmənin hökmü ilə ona 2 il sınaq müddəti tətbiq edilməklə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Eldar Əhmədov Cinayət Məcəlləsinin “mənimsəmə, külli miqdarda törədildikdə” maddəsilə təqsirli bilinərək həbs edilmişdi.