2021-ci ilin iyun ayından bu günə kimi “Məşğulluq marafonu”na 602 işəgötürən qoşulub və 3 932 vakansiya elan olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 yanvar tarixində məlumat verib.
Keçirilən marafonun məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək olmaqdır. Sözügedən kateqoriyadan olan 1 433 nəfər işlə təmin olunub.
İşəgötürənlər, işaxtaran şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış şəxslər linkdən keçid edərək “Məşğulluq marafonu”na qoşula bilərlər.