Əməyin mühafizəsi üzrə təlim təşkil olunacaq. Bu haqda dekabrın 23-də Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat verib.
Təlimdə iştirak etmək üçün ali və ya orta ixtisas təhsilli şəxslər elektron qaydada 2022-ci il yanvarın 5-dək müraciət edə bilərlər.
Seçilmiş şəxslər əməyin mühafizəsi idarəetmə sisteminin qurulması və sənədləşdirilməsini, mövzu ilə bağlı işəgötürən və işçilərin hüquq və vəzifələrini öyrənəcəklər.
Təlim beynəlxalq təcrübəyə malik mütəxəssis tərəfindən keçiriləcək.
Təlim bir ay davam edəcək və sonda iştirakçılara sertifikat veriləcək.