Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başlayıb. Bu barədə mayın 10-da Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeydiyyat 17 may saat 23:59-dək internet vasitəsilə aparılır.
Fevraldakı imtahanda iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edir. Daha sonra link-ə daxil olmaqla qeydiyyatdan keçirlər.
İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər.
İmtahan mayın 29-da keçiriləcək və bakalavrlara intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaqdır.