Azarkeşlər arasında keçirilən sorğu nəticəsində Mahir Emreli “Legiya” klubunda ilin ən yaxşı legioneri adına layiq görülüb. Bu barədə klubun rəsmi səhifəsində 4 yanvar tarixində məlumat yayılıb.
Məlumata əsasən, Emreli 42%-lə birinci, Mladenoviç 39%-lə ikinci, Pekxart isə 19%-lə üçüncü yerdə qərarlaşıblar.
Qeyd edək ki, cari mövsümdə Mahir 11 qolla komandanın ən sərrast oyunçusudur.
Głosowanie zakończone, poznajmy zwycięzców #PlebiscytNajlepsi2021 ⭐ pic.twitter.com/WEc5yStujT
— Legia Warszawa ? (@LegiaWarszawa) January 4, 2022