Moskvada "Zaporojets" markalı avtomobildə qadının bıçaq xəsarətləri ilə öldüyü aşkarlanıb. Avtomobilin sahibi isə aktyor Qoşa Kutsenko olub.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, şübhəli bilinən şəxs saxlanılıb. O, qadınla birgə spirtli içki içdikdən sonra ona xəsarət yetirib.
Kişi və qadın bir gün əvvəl Kutsenkonun avtomobilinə miniblər, sonradan meyit gözətçilər tərəfindən tapılıb və polisə məlumat verilib. Məlumata görə, Kutsenko, cinayət günü Yesentukda film çəkilişlərində olub.
Aktyor Qoşa Kutsenko avtomobilində meyiti tapılan qadının yaxınlarına başsağlığı verib.