Marsın ekvator vulkanlarının üstündə 60 Olimpiya hovuzu ölçüsündə donmuş su aşkar edilib. Bu barədə İnsanoid Avropa Kosmik Agentliyinə istinadən bu gün, 11 iyun tarixində xəbər verir.
Marsın orbitində hərəkət edən iki kosmik gəmi ekvatorun yaxınlığında yüksələn vulkanların üzərində donmuş su aşkar edib.
Avropa Kosmik Agentliyinin ExoMars və Mars Express missiyaları Günəş sisteminin ən yüksək vulkanları olan Tarsis vulkanlarında şaxta aşkar edib.
Elm adamları əvvəllər Marsın bu hissəsində şaxtanın qeyri-mümkün olacağını düşünürdülər, lakin 2024-cü ilin əvvəlində Mars Express-in Marsın ekvatorunda su buzu olduğuna dair dəlillər tapdığı açıqlanıb.
Bu, Marsda soyuq mövsümlərdə təxminən 150 min ton suyun donması və buxarlanması deməkdir: bu isə təxminən 60 olimpiya hovuzuna bərabərdir.
[caption id="attachment_182253" align="alignnone" width="696"]
Foto Avropa Kosmik Agentliyi[/caption]