Cari ilin mart ayında 2 667 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin edilib. Bu barədə 13 aprel tarixində Dövlət Sosial Müdafiə Fondunun rəsmi Facebook səhifəsində məlumat verilib.
Məlumata əsasən, onların 54,4%-i kişilər, 45,6%-isə qadınlar olub.
Qeyd edək ki, 2021-ci ildə 22,6 min nəfərə proaktiv qaydada pensiya təyin edilib.