Masallıda həmkəndlilərinin evindən oğurluq edən rayon sakinləri saxlanılıb. Bu haqda martın 15-də Trend məlumat yayıb.
Həmkəndlisinin evindən 800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Türkoba kənd sakini F.Əbilov saxlanılıb. Onun daha iki yaşayış evindən ümumilikdə 1 400 manat dəyərində müxtəlif növ məişət əşyaları oğurladığı müəyyən edilib.
Masallıda evdən oğurluq etməkdə şübhəli bilinən daha bir sakin - M.Cəfərov saxlanılıb. Onun iki evdən ümumilikdə 1 500 manat dəyərində məişət əşyaları oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.