Masallıda müvafiq icazə olmadan qanunsuz ov edən şəxs saxlanılıb. Bu haqda 7 yanvar tarixində Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ondan 1 ədəd sənədləri olmayan “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl quşları tapılıb.
Faktla bağlı həmin şəxs barəsində inzibati protokol tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.