Masallı rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında texnika istifadəçilərinə səyyar xidmət göstərilib. Bu barədə 7 aprel tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Bildirilib ki, səyyar xidmətin məqsədi operativliyin və texnika istifadəçilərinin rahatlığının təmin olunmasına nail olmaqdır. Belə ki, müraciət etmiş texnika sahibləri üçün 61 ədəd sürücülük vəsiqələri dəyişdirilmiş, 50 ədəd texnika ilkin və təkrar dövlət qeydiyyatına alınmışdır.
Qeyd olunub ki, texnika istifadəçiləri texnikaların dövlət qeydiyyatına və texniki baxışa təqdimetmə qaydaları, eləcə də dövlət rüsumları ilə bağlı maarifləndiriliblər.