Fransanın PSJ futbol komandasının hücumçusu Kilian Mbappe yayda "Real Madrid"ə keçəcək. Bu barədə 23 iyun tarixində Report “PSJ Community”yə istinadən xəbər verir.
Klublar fransalı futbolçunu cari yay transfer pəncərəsinə transfer etmək üçün razılığa gəliblər. Madrid klubu parislilərə 250 milyon avro ödəyəcək ki, bunun da 50 avrosu bonusdur.
PSJ rəhbərliyi Mbappeyə ultimatum verib: ya müqaviləni uzadacaq, ya da komandadan ayrılacaq.
Artıq bir neçə ildir ki, mətbuatda Mbappenin PSJ-dən ayrılacağı barədə məlumatlar yayılır. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatacaq.