Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddinin maksimal olaraq, 17 km/saat olması qərara alınıb. Bu barədə 12 iyun tarixində Report Dənizkənarı Bulvar İdarəsinə istinadən məlumat verib.
Qeyd olunub ki, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq.
Bu nəqliyyat vasitəsini sürən şəxslərdən qaydalara riayət etmələri, onu icarəyə verən operatorlardan proqram təminatlarında məhdudiyyətlərlə bağlı bu yenilikləri skuterlərə tətbiq etmələri, proqram təminatı olmayan operatorlardan isə proqram təminatını yaradıb, qaydalara əməl etmələri xahiş olunur. Əks-təqdirdə müvafiq tədbirlər görüləcək.