İşğaldan azad edilmiş ərazilərə “QAZel” və “VAZ-21011” markalı avtomobillərlə keçməyə cəhd edən altı şəxs saxlanılıb. Bu barədə DİN noyabrın 23-də məlumat verib.
Həmin ərazilərin minalardan tam təmizlənmədiyinə görə hazırda oraya giriş qadağandır.
Saxlanılan beş nəfər barəsində 25 sutka cəza müəyyən edilib. Bir nəfər isə sağlamlıq vəziyyəti nəzərə alınaraq 200 manat miqdarında cərimə edilib.