Marşall İrsi İnstitutu iyunda ANAMA-ya mina aşkarlanması üzrə xüsusi təlim keçmiş 5 it göndərəcək. Bu haqda aprelin 1-də Report-a institutun icraçı direktoru Elis Bekker bildirib.
Onun sözlərinə əsasən, 2005-ci ildən indiyədək agentliyə 60 it verilib: “Ötən ilin avqustundan indiyədək isə 20 it göndərmişik”.
Qeyd edilib ki, iyunda təqdim ediləcək heyvanlar hazırda təlim keçir.