Şəmkir rayonunun Zəyəm stansiyasında yük qatarı iki şəxsi vurub. Bu barədə aprelin 12-də Report xəbər yayıb.
Qadınlar dəmiryolu xətti üzərindən qarşı tərəfə keçmək istəyərkən hərəkətdə olan yük qatarı tərəfindən vurulublar. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma davam edir.