Şəmkir rayonunda çay evində insident olub, avtomobil atəşə tutulub. Bu barədə martın 14-də Report məlumat verib.
Hadisə martın 13-də saat 1 radələrində rayonun Şiştəpə kəndi ərazisindəki çay evlərinin birində baş verib. Kənd sakinləri olan N. Bağıyev və əvvəllər məhkum olunmuşlar: E. Nağıyev və qardaşı xuliqanlıq zəminində bir-birilərini döyüblər. Daha sonra E. Nağıyev ov tüfəngindən atəş açıb. Güllə kənd sakini H. Həsənovun“Mercedes” markalı avtomobilinə dəyib.
E. Nağıyev və N. Bağıyev saxlanılıblar. E. Nağıyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.