Şəmkirdə Dəllər qəsəbəsinin Səməd Vurğun küçəsində evdə yanğın hadisəsi baş verib. Bu haqda aprelin 8-də APA məlumat yayıb.
Sahəsi 70 kvadratmetr olan 3 otaqlı evin mətbəxi yanıb. Hadisə yerinə FHN-in 2 yanğınsöndürən avtomobili və 15-ə yaxın canlı qüvvəsi cəlb olunub.
Ev sahibinin 2016-ci il təvəllüdlü övladı alovun içindən yanğınsöndürənlər tərəfindən xilas edilib.
Yanıq xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.