Şəmkir rayonunda qadın intihar edib. Bu barədə yanvarın 4-də Baku TV telegram kanalında məlumat yayıb.
Hadisə rayonun Şeyidlər kəndində baş verib. Kənd sakini, təxminən 55-60 yaşlı qadın yaşadığı evin həyətində olan yardımçı tikilidə özünü asıb. Onun psixoloji problemlərinin olduğu bildirilir.
Qeyd edək ki, qadının həyat yoldaşı bir müddət əvvəl koronavirusdan dünyasını dəyişib. O, oğlu ilə birlikdə yaşayırdı.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalar aparılır.