Son günlər dövlət sərhədində gedən döyüş əməliyyatları ilə bağlı sosial şəbəkələrdə paylaşılan qeyri-rəsmi foto və videolar Müdafiə Nazirliyinin narahatlığına səbəb olub. Bu mövzu noyabrın 20-də Nazirlikdə keçirilən xidməti müşavirədə müzakirə olunub.
Komandanlıq məxfilik rejimini pozan hərbi qulluqçuları müəyyən edib və onları ordu sıralarından tərxis edib. İş üzrə toplanılan materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Bundan əlavə müşavirədə dövlət sərhədində və Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazilərdə mövcud vəziyyət və qarşı tərəfin təxribatları nəticəsində baş verən döyüşlər təhlil edilib.