Güclü külək və yağışla müşayiət olunan qasırğa səbəbindən Moskva hakimiyyəti sakinlərə müraciət edib. Bu barədə İnsanoid Rusiya mediasına istinadən bu gün, 20 iyun tarixində xəbər verir.
Müraciətdə sakinlərdən küçələrə çıxmamaları tövsiyə olunub.
Sinoptiklərin bildirdiyinə görə, paytaxtda tufan, yağış və 23 m/s-dək güclənən külək saat 22:00-dək davam edəcək.